SON DƏQİQƏ

Putin: İslam dünyası tam şəkildə bizə etibar edə bilər

Tarix:17-05-2017, 11:28

"Rusiya tərəfdaşları ilə terrorçuluğa qarşı əməkdaşlığı genişləndirməyə hazırdır". SonXəbərlər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin çıxışında bildirib.
 
Vladimir Putin həmçinin deyib ki, İslam dünyası terrorla mübarizə sahəsində Rusiyaya tam etibar edə bilər: "Vurğulamaq istərdim ki, İslam dünyası tam şəkildə Rusiya tərəfindən kömək və dəstəyə ümid edə bilər. Biz tərəfdaşlarımızla əməkdaşlığı genişləndirməyə, terrorla mübarizədə, habelə regional böhranların sülh yolu ilə həll yollarının tapılmasında dəstək göstərməyə hazırıq".

Rusiya lideri həmçinin əmin olduğunu bildirib ki, İslam dünyası ilə birgə səylərlə və sabitliyin beynəlxalq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə ədalətli və demokratik dünya nizamı qurmaq olar.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN