SON DƏQİQƏ

Tramp-Erdoğan görüşündə ciddi tərcümə səhvi

Tarix:17-05-2017, 13:45

SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı mətbuat konfransında fikirləri təhrif edilib. Belə ki, Trampla birgə mətbuat konfransında çıxış edən Ərdoğan terror təşkilatları ilə bağlı danışarkən fikirləri səhv tərcümə olunub.

"CNN Türk"ün Vaşinqton müxbiri İlhan Tanır yazır ki, Ərdoğan çıxışında "Terror təşkilatları ilə prinsipli və qətiyyətli mübarizə məsələsində keçmişdə baş verən səhvləri kompensasiya edəcək addımların davamının gələcəyinə ümid edirik" deyərkən, bu sözlər Trampa, "prinsip daxilində terror təşkilatlara qarşı bütün dünyada aparılan mübarizədə biz keçmişdə etdiyimiz səhvləri təkrar etməyəcəyik və bu yolda birgə fəaliyyət göstərməyə davam edəcəyik" şəklidə tərcümə edilib. Tramp isə bu sözlərdən məmnunluğunu bildirərək başını tərpədib.

Bundan başqa Ərdoğanın "YPG-PYD terror təşkilatının hansı ölkə tərəfindən olursa-olsun tərəf müqabili kimi qəbul edilməsi qlobal səviyyədə əldə edilən razılaşmaya qətiyyən uyğun deyil" sözlərinin tərcüməsində "terror təşkilatı" ifadəsi çıxarılıb, "tərəf müqabili kimi" sözləri isə "düşünülməsi" sözü ilə əvəz olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN