SON DƏQİQƏ

İraq: “Mosul əməliyyatında ümumilikdə 16467 terrorçu məhv edilib”

Tarix:17-05-2017, 15:49

  SonXeberlər-in verdiyi məlumata görə, İraq Birgə Əməliyyat Komandanlığının sözçüsü polkovnik Yəhya Rəsul, Mosulda gedən döyüşlərin nəticələri ilə bağlı açıqlama verib.

O, deyib: “Ötən günə kimi əməliyyatlar zamanı ölən İŞİD-çilərin sayı 16467 olmuşdur. 394 terrorçu isə ələ keçirilib. 679 partlayıcı yüklü avtomobil, 889 piyadaların döyüş maşını və tanklar, 6661 mina zərərsizləşdirilib.”

“Bundan əlavə terrorçuların 11 komandanlıq mərkəzi, intihar maşınlarını hazırlayan 76 sex və 47 ədəd pilotsuz təyyarə sıradan çıxarılıb”, deyə polkovnik Yəhya Rəsul əlavə edib.

Xatırladaq ki, iraqlı rəsmilər Mosul şəhərinin həftənin sonuna qədər tamamilə azad edilməsi ehtimalından söz açıblar.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN