SON DƏQİQƏ

ABŞ prezidenti İran neftinə qoyulmuş embarqonu uzatdı, nüvə ilə bağlı münasibətlərə isə yenidən baxır

Tarix:18-05-2017, 09:31

İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddəti ABŞ tərəfindən yenidən uzadılıb.

 

 

 

SonXəbərlər-in RİA Novostiyə istinadən məlumata görə, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada deyilir.

 

 

 

ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamda qeyd olunur ki, digər ölkələrin kifayət qədər neft tədarük etməsi İrandan xammal və neft məhsullarının ixracını azaltmağa imkan verir.

 

 

 

Bununla belə D.Tramp qeyd edib ki, hazırda ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı rəsmi Tehranla münasibətlərə yenidən baxır.

 

 

Qeyd edək ki, 2015-ci ildə “altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşma əldə olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN