SonXəbərlər-in verdiyi məəlumata görə, Braziliyada sabiq prezident Dilma Rousseffin impiçmentinin təçəbbüskarı olan deputat Eduard Kunyanın madatı ləğv edilib. Ona həmçinin 8 il siyasətlə məşğul olması qadağan olunub.
Parlamentinin aşağı palatasının spikeri olan Eduard Kunya barəsində qərara 450 deputat lehinə,10-u isə əleyhinə səs verib. Eduard Kunyanın İsveçrə banklarında hesabları barədə yalan məlumatlar verməsi üzə çıxıb.
Qeyd edək ki, buna qədər Eduard Kunya Braziliya prezidenti Mişel Temerin korrupsiya faktlarını ortaya qoyacağını açıqlamışdı.