SON DƏQİQƏ

Bu gün İran xalqı öz prezidentini seçir

Tarix:19-05-2017, 10:01

Bu gün səhər saatlarından başlayaraq İranda prezident seçkilərinə start verilib. 

 

4 namizəd arasında seçim edəcək iranlılar 63 min məntəqədə səs verəcəklər. Namizədlər hazırkı prezident Həsən Ruhani, keçmiş baş prokuror İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır.

 

Müşahidəçilərin fikrincə, əsas mübarizə Həsən Ruhani və İbrahim Rəisinin arasında gedəcək. 

 

Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN