SonXəbərlər-in verdiyi məlumata görə, İsrailin idman və mədəniyyət naziri Miri Regevin Kann Film Festivalında iştirakı zamanı geyindiyi paltar mübahisələrə səbəb olub. İsrailli nazir paltarının ətəyində "Ağlama divarı" ilə "Qübbəti əs-Səhra" məscidinin şəklindən istifadə etməklə Qüdsün sisonist rejimə məxsus olduğunu iddia edib.
Buna qədər isə Tramp Administrasiyasından "Ağlama divarı"nın İordan çayının Qərb sahlində yerləşməsi barədə bəyanatlar səslənmişdi. Miri Regevin festivala bu paltarla gəlməsi də rəsmi Vaşinqtona mesaj xarakteri daşıyıb.