SonXəbərlər-in verdiyi məlumata görə, Fransanın yeni prezidenti Emmanuel Makronun media nümayəndləri ilə bağlı qəbul etdiyi qərar narazılıqla qarşılanıb. Belə ki, Fransanın dövlət başçısı Qərbi Afrikada hərbçilərə görüşə gedərkən məhdud sayda jurnalistin onu müşayiət edə biləcəyini açıqlayıb.
Emmanuel Makronun bu addımı isə amerikalı həmkarı Donald Trampın jurnalistlərlə ünsiyyət qurmaqla bağlı qoyduğu məhdudiyyətlə müqayisə olunub. Nəticədə 20-ə yaxın Kütləvi İnformasiya Vasitələri, o cümlədən "Le Monde" qəzeti, "France-Presse" informasiya agentliyi və "France 3" dövlət telekanalı Prezident Administrasiyasının hərəkətlərini pisləyən birgə bəyanatla çıxış edib.