SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyədə Xalq Demokratik Partiyasından olan deputat Berdan Öztürk həbs olunub. Kürd əsilli deputat Londondan İstanbula qayıdarkən "Atatürk" adına beynəlxalq hava limanında saxlanılıb.
Türkiyə Böyük Millət Məclisinin deputatının həbsi barədə qərarı ölkənin Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Yerli polis həbsin təfərrüatları barədə hələlik heç bir məlumat vermir.