SON DƏQİQƏ

Britaniya polisi: Assanc Ekvador səfirliyindən çıxarsa, həbs ediləcək

Tarix:19-05-2017, 22:40

SonXəbərlər-in verdiyi məlumata görə, İsveç Baş Prokurorluğu Wikileaks saytının qurucusu Culian Assanc barəsində başladılmış istintaqı dayandırıb. Bu barədə prokurorluq əməkdaşlarının səfirlikdə Culian Assancdan aldıqlar ifadədən sonra qərar qəbul olunub.

İsveç Baş Prokurorluğu həmçinin Assancın həbsinə verilən orderin ləğv olunmasını da tövsiyə edib.
 
"Associated Press" xəbər verir ki, Böyük Britaniya polisi Wikileaks saytının qurucusuna xəbərdarlıq edib. Britaniya polisi Wikileaks saytının baş redaktoru Culian Assancın Ekvador səfirliyini tərk edəcəyi təqdirdə, həbs ediləcəyini açıqlayıb.

Qeyd edək ki, avstraliyalı Culian Assanc 2012-ci ildə Londonda Ekvador səfirliyindən siyasi sığınacaq alıb. Ona İsveçə Prokurorluğu tərəfindən 2010-ci ildə iki qadını zorlamaq ittihamı irəli sürülmüşdü.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN