Şimali Koreya 21 may tarixində növbəti uğurlu raket sınağı həyata keçirib. SonXəbərlər-in məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Bildirilir ki, KXDR lideri Kim Çen In "Pukkıkson-2" raketinin sınağını şəxsən izləyib.
Bir müddət əvvəl bildirilmişdi ki, BMT Təhlükəsizlik Şurası mayın 21-də KXDR-in növbəti raket sınağı ilə əlaqədar fövqəladə toplantı keçirəcək.
Raket sınağı Pxenan-Namdo əyalətində keçirilib və raketin texniki parametrləri barədə heç nə məlum deyil. Yaponiya mənbələrinin bildirdiyinə görə, yerli vaxtla 16.59-da buraxılan raket Yapon dənizinə düşüb.