SonXəbərlər-in verdiyi məlmata görə, İtaliyanın Palermo şəhərində Siciliya mafiasının keçmiş lideri Cüzeppe Dainotti öldürülüb. 67 yaşlı mafioz başından aldığı iki güllə yarasından sonra həyatını itirib.
Dainotti 1991-ci ildə oğurluq və qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin o, üç il əvvəl Konstitusiya Məhkəməsinin qərari ilə azadlığa çıxmışdı.
Qeyd edək ki, Cüzeppe Dainottinin qətlə yetirilməsi İtaliyada mafia qarşıdurmalarının yenidən başlaması ehtimalını ortaya qoyub.