Karakasda antihökümət nümayişlərinin 50-ci günündə 21 yaşlı gənc Orlando Xose Fiquerunu yandırıblar. O, sağ qalsa da, bədəninin 80 faizi yanıb. Bundan başqa onun bədənində bıçaq yaraları aşkarlanıb.
Venesuela prezidenti Nikolas Maduro bu hadisəyə görə antihökumət qüvvələri ittiham edib. O, Fiqueruya hücum çəkənləri İŞİD terror təşkilatının üzvləri ilə eyniləşdirib. Maduronun sözlərinə görə, gəncə hücumun səbəbi onun özünü mərhum prezident Uqo Çavesin yaratdığı hərəkatın tərəfdarı elan etməsi olub.
Maraqlıdır ki, bəzi qərbyönlü KİV-lər bu hadisəni gəncin Maduroya etiraz olaraq özünü yandırması kimi qiymətləndiriblər.
Ümumilikdə Venesuelada 50 günlük etiraz aksiyalarında 48 nəfər həlak olub.