SON DƏQİQƏ

Türkiyədə azərbaycanlı İŞİD üzvü tutuldu: Dəhşətli planın üstü açıldı

Tarix:22-05-2017, 14:20

Türkiyənin Ankara şəhərində Etimesgüt  mahalında  polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İŞİD üzvü olan və terror planlaşdıran iki terrorçu zərərsizləşdirilib. SonXəbərlər-in En Son Haber-ə istinadla verdiyi məlumata görə, bu barədə Ankara meri Ərcan Topaca bəyan edib.

Onun sözlərinə görə, əməliyyat İstanbulda saxlanılan bir terrorçunun verdiyi ifadələrdən sonra həyata keçirilib:

«İstanbuldan təqib edilən Azərbaycan əsilli  şəxsin  İŞİD üzvü olduğu bildirilir. Onun son günlərdə fəaliyyətinin artması və avtomobil kirayə edərək Ankaraya gəlməsin hüquqmühafizə orqanlarının şübhələnməsinə səbəb olub. Məlum olub ki, bura iki nəfəri gətirib. Bundan sonra yenidən İstanbula qayıdıb. Onu elə İstanbula çatan zaman tutublar. O, özü ilə bu şəxslərin İŞİD üzvü olduğu və terror üçün  Ankaraya gətirdiyini bildirdikdən sonra, fövqəladə əməliyyat həyata keçirilib. Müdaxilədə iki nəfər ölü ələ keçib.»

Topacanın sözlərinə görə, zərrəsizləşdirilən  kimliyi hələ müəyyən edilməyib: «Terroorçuları gətirən şəxsin  Azərbaycan əsilli olduğunu düşünsək, əcnəbi olmaq ehtimalları var, ancaq xarici görünüşlərindən indii bilinmir»

Ankara meri saxlanılan azərbaycanlının  adının açıqlamağı düzgün saymadığını deyib: «O şəxs nəzarətdədir. Azərbaycan əsilli kişidir. İstanbulda istintaqdavam edir»

Ankara meri Ərcan Topaca deyib ki, terrorçular AKP-nin qurultayı zamanı, həmin binada partlayış törətmək istəyiblər: "Onlar prezident Ərdoğanın da iştirak etdiyi AKP-nin qurultayını partlatmaq istəyiblər".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN