Venesuelanın Barinas ştatında Sabaneta şəhərində mərhum prezident Uqo Çavesin doğulduğu ev aksiyaçılar tərəfindən yandırılıb. SonXəbərlər-in Life-a istinadla məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.
İlkin məlumatlara görə, nümayişçilər bu yolla aksiyalar zamanı öldürülən 19 yaşlı tələbənin intiqamını alıblar. Lakin məlumat rəsmi şəkildə təsdiqini tapmayıb.
Qeyd edək ki, Venesuelada bir aydan çoxdur ki, aksiyalar davam edir. Bu günə kimi 48 nəfərdən çox insan həlak olub. Nümayişçilər ərzaq və dərman çatışmazlığı, artan infilyasiyaya etiraz edir, həmçinin yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.