SON DƏQİQƏ

İŞİD partlayışdan öncə Twitterdə anons verib

Tarix:23-05-2017, 11:39

SonXəbərlər-in verdiyi məlumata görə, İngiltərənin Mançester şəhərində dünən baş verən terror aktından əvvəl Twitter şəbəkəsində bir gənc partlayış barədə xəbərdarlıq edib. "Owys663" (Üveys) adlı Twitter istifadəçisi axşam 18:32 radələrində konsertin keçirildiyi "Mançester Arena" və "İŞİD"in adını birgə paylaşaraq, "Təhdidi unutmusunuz? Bu ədalətli terrodur",- deyə paylaşım edib.  

Terror təşkilatın bayrağını da şəbəkəyə yerləşdirən "Owys663"ün bu paylaşımı qısa müddət sonra silinib və istifadəçi profili ləğv edilib.
 
Qeyd edək ki, "Mançester Arena"da üstüörtülü foyedə baş verən partlayış 22 nəfərin həyatına son qoyub, 50 nəfər isə yaralanıb. Qurbanlar arasında uşaqlar da var.

"Əxbar İrak" portalı xəbər verir ki, İŞİD terror təşkilatı "Mançester Arena"da baş verən partlayşı öz üzərinə götürüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN