SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhər Prokurorluğu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin 144 əməkdaşının həbsinə dair order verib. Həbsinə order verilən hərbçilər Fətullah Gülənin tərəfdarı olmaqda ittiham edilir.
"Anadolu" agentliyi xəbər verir ki, "FETÖ" şəbəkəsinə qarşı əməliyyat Türkiyənin müxtəlif vilayətlərində keçirilir, artıq 20 şübhəli şəxs saxlanılıb. Bildirilir ki, onlar "Bylock" proqramı vasitəsilə şifrlənmiş məlumat mübadiləsi keçirimiş.