SonXəbərlər-in verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, hüquq mühafizə orqanları Mançesterdə baş verən terror aktını həyata keçirənin şəxsiyyətini müəyyənləşdirib. "BBC News" xəbər verir ki, bu barədə Tereza Mey hökumətin fövqəladə komitəsinin iclasından (COBRA) sonra mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, partlayışı bir nəfər törədib və elə bir vaxt seçib ki, ölən və yaralanaların sayı maksimum olsun.
Tereza Mey həmçinin britaniyalıları polisin apardığı istintaqa əllərində olan materiallarla dəstək göstərməyə çağırb.
Qeyd edək ki, "Mançester Arena"da üstüörtülü foyedə baş verən partlayış 22 nəfərin həyatına son qoyub, 50 nəfər isə yaralanıb. Qurbanlar arasında uşaqlar da var.