SonXəbərlər-in verdiyi məlumata görə, İngiltərənin Mançester şəhərindəki stadionda terror aktı törətməkdə şübhəli bilinən 22 yaşlı Salman Abedi Liviyada təlim keçib. Bu iddia ilə "The Times" qəzeti çıxış edib. Qəzet 22 yaşlı gəncin sinif yoldaşlarına istinadən xəbər yayıb ki, Salman Abedi bir neçə gün öncə İngiltərəyə qayıdıb.
Yerli polis və kəşfiyyat xidmətləri şübhəlinin Liviya ərazisində yerləşən yaraqlıların məşq düşərgələrinin birində terror aktı törətməklə bağlı hazırlıq keçməsini araşdırır.
Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da üstüörtülü foyedə baş verən partlayış 22 nəfərin həyatına son qoyub, 50 nəfər isə yaralanıb. Qurbanlar arasında uşaqlar da olub.