SON DƏQİQƏ

Qazaxıstanda terror fəaliyyətinə görə vətəndaşlıqdan məhrumedilmə müzakirə olunur

Tarix:24-05-2017, 10:05

Qazaxıstan Məclisi (Parlamentin Aşağı Palatası) terror məsuliyyətinə və digər ağır cəzalara görə, vətəndaşlıqdan çıxarma barədə qanun layihəsini qəbul edib.

 

Qazaxıstan Ədliyyə Nazirliyinin rəhbəri  Marat Beketayev deputatlara qanun layihəsini təqdim edərkən bildirib ki, xüsusi ağır  terror cinayətlərində, məsələn, terror aktı, tğerror qrupuna rəhbərlik və onun fəaliyyətində iştiraka görə vətəndaşlıqdan  məhrumetmə cəzası təklif olunur. Onun sözlərinə görə, müstəqillik, unitarlıq və ölkənin prezident iderəetmə forması kimi respublikanın milli  və həyati vacib maraqlarına  ağır zərər vuran  cinayətlərə görə də eyni cəza təklif olunur. 

 

«Qazaxıstan Respublikasının milli və həyati vacib maraqlarına  ağır zərbə vurmaq məsələsinə Cinayət Məcəlləsinin 11 maddəsində 16 cinayət tərkibi daxildir. Məsələn, soyqırım, separat fəaliyyət, ekstremist  qrupun yaradılması, rəhdərliyi və onun fəadiyyətində iştirak», - deyə Ədliyyə naziri açıqlayıb

 

O vurğulayıb ki, vətəndaşlıqdan məhrumetmə istisna hallarda vəziyyətin  tam araşdırılması əsasında, cinayətin və nəticələrin əsasında olacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN