SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In barəsində xoşagəlməz ifadələrə yer verib. Filippinli həmkarı ilə telefon danışığında Tramp KXDR liderini "nüvə silahına malik ağılsız" adlandırıb.
"The Washington Post" yazır ki, Donald Tramp bu sözləri aprel ayında, "Şimali Koreyanın rəhbəri ilə görüşmək şərəf olardı" çıxışından bir neçə gün əvvəl deyib.
Ağ Ev başçısı aprelin 29-də filippinli həmkarı Rodriqo Duterte ilə baş tutan söhbətində Kim Çen In barədə fikirlərini öyrənib və KXDR-in uğursuz raket sınağı ilə bağlı məmnunluğunu bildirib.