SON DƏQİQƏ

Suriyalı hərbçilər təyyarələri və heyəti Homsda Şayrat aeroportuna qaytarmağa başlayıblar

Tarix:24-05-2017, 12:24

Suriyalı hərbçilər təyyarələri və heyəti Homsda  Şayrat aeroportuna qaytarmağa başlayıblar. SonXəbərlər-in verdiyi məlumata görə,  bu barədə  ABŞ Müdafiə Nazirliyinin  bir neçə nümayəndəsinə istinadla NBC News xəbər yayıb.

 

Onlar yaxın günlərdə ordan uçmağa başlayacaqlar, - deyə  telekanalın mənqbələrindən biri bəyan edib.

 

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ Silahlı Qüvvələri Suriyanın Homs şəhərində Şayrat bazasına  Tomahawk qanadlı raketləri ilə hücum etmişdi. Raket hücumu  aprelin 4-də  İblib şəhərində kimyəvi hücumla əlaqələndirilirdi. Müxalifət bu hücumda hökuməti ittiham edir. Rəsmi Dəməşq ittihamları rədd edir. Homs qubernatoru  Taləl əl-Bərrazi aviabazanın bombalanması nəticəsində 5 nəfərin həlak olduğunu, 7 nəfərin isə yaralandığını bəyan edib. Onun sözlərinə görə, həmin baza İŞİD-lə mübarizədə, xüsusən Palmiranın azad olunmasında önəmli rol oynayıb. Onu da qeyd edək ki, "Şəyrat" aerodromuna "Tomaqravk" tipli 50 raketin atılmasından dərhal sonra terorçular da Homs şəhərinə soxulmuşdu.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN