SON DƏQİQƏ

"Mançester Arena"nı partlatmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Tarix:24-05-2017, 17:00

SonXəbərlər-in verdiyi məlumata görə, İngiltərənin Mançester şəhərindəki stadionda terror aktı törətməkdə şübhəli bilinən daha 3 nəfər saxlanılıb. Yerli polis dünən hücumla əlaqəli 23 yaşlı gənci, bu gün isə Mançesterin cənubunda daha 3 nəfər şübhəlini saxladığını açıqlayıb.

Qeyd edək ki, "Mançester Arena"nın üstüörtülü foesini partladan Liviya mənşəli 22 yaşlı İngiltərə vətəndaşı Salman Abedi olmuşdu. Staionda qeydə alınan terror aktı zamanı aralarında azyaşlılarda olmaqla, 22 nəfər həyatını itirmiş, 50 nəfər yaralanmışdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN