SON DƏQİQƏ

Baş redaktor qətlə yetirildi - Rusiyada

Tarix:25-05-2017, 10:34

Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb.

SonXəbərlər APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyi üzərində dayanırlar.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN