SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ-ın sabiq dövlət katibi Con Kerri tələbələr qarşısında çıxışı zamanı onlara rus dilini öyrənməyi tövsiyyə edib. Bu barədə "Politico" qəzeti yazıb. Nəşrin yazıdığına əsasən, Con Kerri Harvard Universiteti nəzdində "Con Kennedi" adına idarəçilik məktəbinin tələbələri qarşısında çıxışında deyib ki, Ağ Evdə mövcud vəziyyətlə bağlı rus dilini öyrənmək prioritet məsələyə çevrilib.
"Məndən tez-tez soruşurlar ki, hökumətə təsir etməyin real sirri nədədir. Hər şey bu yaxınlarda dəyişib. Bu gün Ağ Evə baxaraq deyə bilərəm ki, dərslik almaq və rus dilini öyrənmək lazımdır",-deyə ABŞ-ın sabiq dövlət katibi əlavə edib.
Con Kerri həmçinin ABŞ prezidenti Donald Trampı da tənqid etməyi unutmayıb və onun ünvanına sərt ifadələrə yer verib: "Hər gün media nümayəndələrinə hədə-qorxu gəlmək və onları alçaltmaq anormal haldır. FTB rəhbərini də seçkilərdə Rusiyanın iştirakını araşdırdığı üçün qeyd-şərtsiz işdən çıxarmaq düzgün deyil."