SonXəbərlər-in verdiyi məlumata görə, "Wannacry" virusundan istifadə etməklə təşkil edilən qlobal kiberhücum dünya ölkələrinə 1 milyard dollar ziyan vurub. Bu barədə ictimaiyyətə "Knowbe4" informasiya təhlükəsizliyi şirkətinin ekspertləri məlumat yayıb.
Qeyd edək ki, "Wannacry" virusu nəhəng şirkətlərdə məlumatların itməsi, məhsuldarlığın aşağı düşməsi, işdə fasilələrin yaranması və bir sıra digər amillərin yaranmasına səbəb olub.
Məlumatları bloklayan və bunun müqabilində pul tələb edən "WanaCrypt0r 2.0" şantajçı-virusu 12 may tarixindən etibarən dünyada yayılmağa başlayıb. Haker proqramı məlumatları şifrləyir və 300-600 dollar arasında pul tələb edir. Ehtimal olunur ki, "Wannacry" yaradıcıları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin "Blue Eternal" adlı zərərli proqramından yararlanıb.