SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ ordusu 1,3 milyard dollar dəyərində İraq və Küveytə göndərilən silahların yerini itirib. Bu barədə "Amnesty İnternational" məlumat yayıb. Hüquq müdafiəsi təşkilatı bildirir ki, bu, 2016-cı ildə dövlət audit nəticələri zamanı üzrə çıxıb.
"Amnesty İnternational"ın beynəlxalq eksperti Patrik Uilkenqeyd edib ki, yoxlamaların nəticəsi ABŞ ordusunun silah tədarükü zamanı bölgəyə təhlükə yaratdığını ortaya qoyur.
Ehtimal olunur ki, amerikalı hərbçilərin itirdiyi və ya yerlərini bilmədikləri 1,3 milyard dollar dəyərində silah-sursat məhz İŞİD terroçularına verilib. Amerika terrorçulara silahı birbaşa ötürə bilməsə də, bu yollarla onların silah arsenalını təmin edir.