SnXəbərlər-in verdiyi məlumata görə, bu günə qədər 30-dan çox ölkəni qana bulayan İŞİD terror təşkilatı, siyahıya son olaraq İngiltərə və Filippini də əlavə edib. Müxtəlif ölkələrdə 150-dən çox terror aktının bir qismini təşkilata üzv terrorçular, digər qismini isə yerli sakinlər həyata keçirib.
"CNN İnternational" xəbər verir ki, beş qitəni qana bulayan hücumlarda 2 mindən çox insanın həyatına son qoyulub. İraq və Suriyadakı müharibədlərdə isə ölənlərin sayı isə tam bilinmir. Terrorçuların qətlə yetirdiyi dinc sakin və ya əsgərlərin on minlərlə olduğu ehtimal edilir.
Maraqlıdır ki, dünyada stabillik və demokratik prinsiplərin yaranmasını istəyən ABŞ və Qərb ölkələri İŞİD terror təşkilatı ilə mübarizədə ciddi addımlar atmır. Əksinə rəsmi Vaşinqton Suriya ərazisində terrorçuları şəhərlərdən çıxaran ordunun mövqelərinə raket zərbəsi endirir, İraqda isə terrorçulara səhvən silah atdığını bəhanə edir.