SON DƏQİQƏ

Şimali Koreya liderinin qardaşı ölümündən əvvəl amerikalı kəşfiyyatçıyla görüşüb

Tarix:25-05-2017, 15:05

 

Fevralın 13-də Kuala Lumpur aeroportunda sui-qəsdə uğrayan Kim Çen Nam  (Şimali Koreya lideri Kiç Çen Inın qardaşı) ölümündən bir neçə gün öncə  Malayziyada  Amerika kəşfiyyatının nümayəndələri ilə görüşüb. Məhz bu Pxenyana onu aradan götürmək əsası verə bilər. SonXəbərlər-in Tass-a istinadla verdiyi məluümata görə, Yaponiyanın Asahi Simbum nəşri bu barədə məlumat yayıb. Qəzetdə bildirilir ki Malayziya istintaq orqanları bu versiya üzərində işləyirlər.

 

Nəşr bildirir ki, Kim Çen Nam  fevralın 6-da Makaodan Kuala Lumpura gedib. Fevralın 8-də o, heç kəsə planları barədə məlumat verməyərək, Malayziyanın  şimalında Lanqkavi kurortuna yollanıbmış.

 

 

Lanqkavi  otelində müşahidə kameraları onu fevralın 9-da ABŞ-ın  Banqkokdakı kəşfiyyatının rezidenti ehtitmal edilən koreya-amerika əsilli bir kişi ilə görüşdüyünü qeydə alıb.

 

O, Kimlə eyni gündə  Malayziyaya gəlib. Malayziya anti kəşfiyyat idarəsi onun  MKİ ilə əlaqəsindən şübhələnərək, izləyirdi. Bildirilir ki, o bundan əvvəl də KİM-lə görüşübmüş.

 

Fevralın 9-da Kim amerikalı ilə otelin nömrəsində 2 saata yaxın söhbət aparıb. Bundan sonra Kimin noutbukunda USB-nin istifadə olunduğu məlum olub. Ehtimal edilir ki, Kim öz kontaktına hansısa informasiyanı ötürüb.

 

Fevralın 12-də  Kim Çen Nam Kuaola Lumpura qayıdıb, sonrakı gün paytaxtın  beynəlxalq aeroportunda sui-qəsd həyata keçirilib. Amerikalı kəşfiyyatçı elə həmin gün Malayziyanı tərk edib.

 

 

İstintaqçılar düşünürlər ki, Şimali Koreya kəşfiyyat orqanları Kim Çen Namın  amerikalılarla əlaqələrindən xəbərdar olub, bundan sonra onu aradan götürmək barədə qərar verilib.

 

VX zəhərli maddəsinin köməyi ilə həyata keçirilən qətllə əlaqədar İndoneziya və Vyetnam vətəndaşları olan 2 qadın saxlanılıb. Pxenyan özü barədə ittihamları qətiyyətlə rədd edir. 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN