Rusiyanın paytaxtı Moskvada İŞİD terror təşkilatının 4 üzvü ələ keçib. Onlar paytaxtın nəqliyyat obyektlərində terror aktı planlayıblarmış. SoXəbrlər-in verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti elan edib.
Qurumdan bildiriblər ki, saxlanılan şəxslər Rusiyanın və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olub, lakin onların adları çəkilməyib. Terror aktından sonra saxlanılan şəxslər İŞİD tərəfində döyüşmək üçün Suriyaya getməyi planlaşdırırdılar.
FTB bildirib ki, şübhəlilərdə partlayıcı hazırlamaq üçün qurğular, hazır əldəqayırma partlayıcı, odlu silah, döyüş sursatları, qumbara və ekstremist materiallar aşkarlanıb.
Həmçinin bildirilir ki, qrup Suriya ərazisindən ibarə olunurmuş.