Filippin qoşunları hücumçu helikopterlərin dəstəyi ilə ölkənin cənubunda mühasirədə olan Maravi şəhərində İŞİD terrorçuları ilə döyüşlərə başlayıblar.
Ölkənin silahlı qüvvələri ABŞ-da hazırlanan xüsusi təyinatlılar daxil olmaqla 100 hərbçi və 2 hücum helikopteri yollayıblar.
SonXəbrər-in RT Russian-a istinadla verdiyi məlumata görə, Filippin ordusu 78 girov götürülmüş vətəndaşı xilas edib, 13 tğerrorçu məhv edilib.
Hazırda hərbçilərə qarşı 30-40 terrorçu döyüşür.
Xatırladaq ki, Maravi şəhəri İŞİD-ə sədaqət andı içmiş «Maute» terror qruplaşması tərəfindən mühasirədədir. Onların əlində onlarla xristian girov var, həmçinin iki həbsxanadan 107 məhbus azad edilib. İŞİD artıq «Maute»nin fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.
Terrorçular şəhəri ələ keçirdikdən sonra minlərlə insan şəhəri tərk edib. Şəhərdə fövqəladə hərbi vəziyyət elan olunub.