SonXəbərlər-in verdiyi məlumata görə, İngiltərənin Mançester şəhərindəki stadionda partlayış törətməkdə ittiham olunan Salman Abidi buna bir il hazırlaşıb. Bu barədə "Tayms" qəzeti məlumat verib.
Nəşr həmçinin bu cinayətin hazırlanması təfərrüatlarını açıqlayıb. Məlumata görə, Salman Abidi Böyük Britaniya banklarının birində hesab açıb. 22 yaşlı liviyalı hesabdan yalnız bir dəfə istifadə edib və bomba hazırlamaq üçün əşyalar alıb.
Qeyd edək ki, "Mançester Arena"da baş verən terror aktı zamanı 22 nəfər həlak olmuş, 75 nəfər isə yaralanmışdı.