SonXəbərlər-in verdiyi məlumata görə, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları "Bavra" gömrük məntəqəsinin rəisini həbs edib. Bu barədə "Nyus.am" saytı məlumat yayıb. Çəlumata görə, Gürcüstanla sərhəddə yerləşən gömrük məntəqəsinin rəisi barədə həbs qərarı ölkənin Baş Prokurorluğu tərəfindən verib.
Məlumata görə, Ermənistan hökuməti yanında fəliyyət göstərən gömrük məntəqəsinin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq broker xidmətləri göstərən fiziki şəxslər və kommersiya təşkilatı olan MMC-nin əməkdaşlarının vasitəçiliyi ilə əldə olunmuş dövlət gəlirlərini mənimsəyib.