SON DƏQİQƏ

G7 sammitində nələrin müzakirə olunacağı açıqlandı

Tarix:26-05-2017, 15:58

SonXəbərlər-in verdiyi məlumata görə, bu gün İtaliyanın Taormina şəhərində çoxdan gözlənilən "Böyük yeddilik" (G7 - Kanada, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Yaponiya) sammiti start götürəcək. "G7" liderlərinin sammit zamanı müzakirə edəcəyi mövzular da müəyyənləşib.

"La Stampa" qəzeti yazır ki, sammit zamanı ekstremizmə qarşı mübarizəyə, Şimali Koreya ilə bağlı məsələ, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi və ABŞ-ın Paris Müqaviləsini tərk etməsi müzakirə olunacaq.

Qeyd edək ki, Taormina şəhərində sammitin (26-27 may) keçirilməsi zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və Şengen sazişi müvəqqəti dayandırılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN