SON DƏQİQƏ

Türkiyədə tanınmış qəzetin baş redaktoru kürkəni tərəfindən öldürüldü

Tarix:30-05-2017, 10:00

Türkiyənin "Yeni Akit" qəzetinin baş redaktoru Kadir Demirelin qızı Esma Karanfil ailədaxili münaqişələrə görə həyat yoldaşı Cemil Yavuz Karanfillə boşanma həddinə qədər çatıblarmlş və iş məhkəmədə imiş 

 

SonXəbərlər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, vaxtaşırı olaraq həyat yoldaşı tərəfindən döyülən Esma Karanfil atasına zəng vuraraq kömək istəyib. Bu zənglərdən sonuncusunda Kadir Demirel dünən axşam qızı və kürəkənini barışdırmaq üçün onların İstanbulda yaşadıqları evlərinə gedib. Demirel qızını və kürəkənini barışdırmağa çalışarkən mübahisə böyüyüb. Cemil Yavuz Karanfil 56 yaşlı qayınatası Kadir Demireli qarın boşluğundan bıçaqlayıb. Sonra xəstəxanaya aqaldırılan baş redaktoru bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. 

 

Hadisə zamanı Cemil Karanfil araya girməyə çalışan həyat yoldaşı Esmanı da 3 yerindən bıçaqlayaraq qaçıb. Amma daha özü polisə gedərək təslim olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN