SON DƏQİQƏ

Rus politoloq: FETÖ-nün yerinə başqa təşkilat yaradacaqlar

Tarix:30-05-2017, 13:23

15 iyuldakı dövlət çevrilişi cəhdindən sonra ABŞ-ın Fəthullahçı Terror Təşkilatını (FETÖ) bir kənara tulladığını vurğulayan rus politoloq Aleksandr Duqinə görə, FETÖ tamamilə çökəcək və ABŞ bu təşkilatın yerinə başqa bir təşkilat yaratmağa başlayacaq. Bu baxımdan ABŞ gələcəkdə maraqlarına xidmət edən siyasi, geosiyasi və ya sosial qüvvə formalaşdırmaq üçün hər hansı bir etnik, dini, mədəni və ya siyasi hərəkatı istifadə edə bilər.

 

SonXəbərlər-in məlumatına görə, Duqin təşkilatın gələcəyini və ABŞ-ın ortaya qoyacağı potensial həmlələrə dair proqnozlarını belə izah edir: "FETÖ dağılacaq, ancaq bu son deyil. Çünki ABŞ Taliban və ya Əl-Qaidəni də istifadə etmişdi, ancaq bir müddət sonra bunlara investisiya qoymadı. Bu təşkilatlar isə müstəqilləşdilər. Amma eyni zamanda terror təşkilatı olmağa və ətraflarındakı hər şeyi dağıtmağa da davam etdilər. Amma məncə, türk tipli ənənəvi İslam əsaslarına söykənən Gülən təşkilatının vəziyyətinə baxsaq, Türkiyədə tamamilə qadağan olunduğu üçün heç bir gələcəyi yoxdur. Türklərin dəstəyi olmadan bu təriqət davam edə bilməz, varlığı mümkün deyil. ABŞ-ın dəstəyi də gələcəkdə mövcudluğunu təmin etmək üçün yetərli deyil. Başqa bir şey düşünəcəklər."

 

Çevriliş cəhdinin yalnız Türkiyəni maraqlandıran bir siyasi məsələ kimi qiymətləndirilmədiyini vurğulayan Duqin, "bu tamamilə geosiyasi məsələdir. Çünki Ərdoğanı devirməyə və Türkiyədə vətəndaş müharibəsi törətməyə çalışan Fəthullahçı Terror Təşkilatının arxasında çox böyük bir oyunçu, çox ciddi geosiyasi güc var idi", - deyərək, əhəmiyyətli bir məsələyə işıq salır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN