SonXəbərlər-in verdiyi məlumata görə, "Wikileaks" saytının qurucusu Culian Assanc Ekvadorun yeni seçilmiş prezidenti Lenin Morenaya cavab verib. O, Twitter səhifəsində yazıb ki, daima jurnalist fəaliyyəti ilə məşğul olub və korrupsiya əleyhinə məqalələr hazırlayıb: "Korrupsiya əleyhinə sübutlar dərc etmək haker fəaliyyəti ilə məşğul olmaq demək deyil. Mən jurnalist və redaktoram".
Qeyd edək ki, Lenin Morena dünən çıxışı zamanı Culian Assancı "haker" adlandırsa da, ona Ekvador səfirliyində sığınacaq verməkdə davam edəcədklərini açıqlayıb.