SonXəbərlər-in verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın qatillərinin işi Malayziyanın Ali Məhkəməsinə göndərilib. Əsas şübhəli bilinən iki qadın, İndoneziya və Vyetnam vətəndaşlarıdır.
Əgər KXDR liderinin ögey qardaşının ölümündə onların günahları sübuta yetirilsə, hər iki qadını edam cəzası gözləyir.
Qeyd edək ki, Kim Çen Nam Kuala-Lumpurdakı hava limanında iflicedici qazla sui-qəsd zamanı həyatını itirib.