SON DƏQİQƏ

Qətər İraq Hizbullahına 500 milyon dollar verib

Tarix:30-05-2017, 14:30

SonXəbərlər-in verdiyi məlumata görə, Qətər rəhbərliyi İraqda İŞİD terrorçularına qarşı mübarizə aparan Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsinə 500 milyon dollar verib. Bu barədə Səudiyyə Ərəbistanının "Okaz" qəzeti məlumat yayıb. Məlumata görə, Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Ali Sani İraqa səfəri zamanı yarım milyard dolları baş nazir Heydər Əl-İbadiyə çatdırıb.

"Əl-Ərəbiyyə" telekanalı xəbər verir ki, Qətərin XİN rəhbərinin İraqa 500 milyon dollar aparması iki səbəbdən qaynaqlanır. Birinci səbəb kimi 2015-ci ildə İraqın Əl-Musənnə şəhərinə ovlamaq üçün gələn 24 qətərlinin aprel ayında girovluqdan azad olunması göstərilir. Məhəmməd bin Əbdürrəhman Ali Sani qətərli girovların azad olunması üçün tələb olunan maliyyəni Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" ordu birləşməsi üçün gətirib.

Digər səbəb kimi Qətərin son zamanlar Səudiyyə Ərəbistanı və BƏƏ-yə üzv çevirərək İranla əməkdaşlığa başlaması və buna görə İŞİD-lə mübarizə aparan könüllü döyüşçülərə maliyyə yardımı etməsi bildirilir. Səudiyyə və BƏƏ rəhbərliyi Qətərin rəsmi Tehranla yaxınlaşmasından narahat olduğu üçün rəsmi Dohaya bu barədə xəbərdarlıq ediblər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN