SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiya hökumətinin ölkəsinə güldüyünü bildirib. Ağ Ev rəhbəri bunun ABŞ-da keçirilən prezident seçkilərinə ictimaiyyətin münasibəti ilə əlaqələndirib.
"Yəqin ki, Rusiya rəsmiləri prezident seçkilərində demokratların məğlubiyyətindən sonra bəraət xarakterli rəzil "məlumatlar"ın KİV-də getməsinə görə ABŞ-a gülürlər",-deyə Donald Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ mediası ATrampın Rusiya ilə əlbir olaraq demokratlar üzərində qələbə qazanması barədə tez-tez məlumatlar verir.