SON DƏQİQƏ

Braziliyada daşqınlar: 7 ölü

Tarix:31-05-2017, 10:40

Braziliyanın şimal-şərqində güclü daşqınlar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 53 mindən artıq insan isə təxliyə edilib.

Məlumata əsasən, Pernambuko ştatının 15 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan olunub. Bu ştatdan 45 minə yaxın insan təxliyə edilib, daha 9 min insan isə Alaqoas ştatından təxliyə edilib.

Qeyd edək ki, bazar günü Braziliyanın prezidenti Mişel Temer daha çox zərər görmüş rayonlara yardım üçün vəsait ayrıracağına dair söz verib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN