SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünya liderlərinə müraciət edərək onlardan mobil nömrəsinə zəng etmələrini istəyib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Amerika prezidenti hesab edir ki, belə dünya liderləri ilə daha operativ əlaqə yaratmaq mümkün olacaq.
Məlumata görə, Donald Tramp ilkin olaraq Fransa, Kanada və Meksikadan olan həmkarları Emanuel Makron, Castin Trüdo və Enrike Nyetodan mobil nömrəsinə zəng etmələrini istəyib. Artıq Kanadanın baş naziri Ağ Ev rəhbərinin təklifinə müsbət baxaraq onunla mobil telefonda əlaqə yaradıb.
ABŞ-ın təhlükəsizlik orqanları Donald Trampın bu təklifini diplomatik protokolların pozulması və məlumatların məxfiliyinin təhlükə altında olması kimi qiymətləndirib.