SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ Dövlət Departamentində dünən keçirilən brifinq zamanı maraqlı anlar yaşanıb. Belə ki, brifinqdə iştirak edən jurnalistlərdən biri departament sözçüsü çətin Stüart Consu vəziyyətə salıb.
Yerli jurnalistlərdən biri Stüart Consa, "XİN rəhbəri Reks Tillerson Səudiyyə Ərəbistanına səfəri zamanı səudiyyəli həmkarı ilə birgə İranda keçirilən seçkiləri qınayıb və ölkədə demokratiyanın olmamasından gileylənib. Bəs Səudiyyə Ərəbistanındakı mövcud demokratiya barədə nə deyə bilərsiniz?",-deyə sual verib. Sadə görünən sual departament sözcüsünü yarım dəqiqə fikirləşməyə vadar edib və Stüart Cons sonradan suala cavab verib.