SonXəbərlər-in verdiyi məlumata görə, Skandinaviya ölkələrinin baş nazirləri Norveçin Bergen şəhərində bir araya gəliblər. Baş nazirlər toplantı zamanı çəkdirdikləri şəkillə Tramp-Salman-Əl-Sisi üçlüyünə söz atıblar.
Belə ki, İsveç, Danimarka, Finlandiya, İslandiya və Norveçin hökumət rəhbərləri topun üzərinə əllərini qoymaqla Səudiyyə Ərəbistanın paytaxtı Riyad şəhərindəki çəkilən fotonun oxşarını səhnələşdiriblər.
Şimali Avropa ölkələrinin liderlərinin çəkdirdiyi şəkillə bağlı Norrveçin baş naziri Erna Solberq açıqlama verib. O, Twitter səhifəsində bu fikirləri bölüşüb: "Dünyanı kim idarə edir? Riyad yoxsa bergen? Mən anlamıram ki, yuxarıdakı şəkildə olanlar nə fikirləşirlər. Amma aşağıdakı şəkildə Şimali Avropanın 5 ölkəsinin baş nazirəridir. Əllərində top tututblar. Top isə daimi inkişafın simvoludur".
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında bir araya gələn Ağ Ev rəhbəri Donald Tramp, Misir prezidenti Əbdülfəttah Əl-Sisi və kral Salman kürənin üzərinə əllərini qoymaqla dünyaya işarə etmiş və idarəçiliklə bağlı ehyamlar vurmuşdu.