SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ-da prezidentliyə namizəd olmuş Hillari Klinton Kaliforniyadakı konfransda çıxışı zamanı Ağ Ev rəhbəri Donald Trampın Twitterdə son paylaşımına münasibət bildirib. O, deyib ki, Tramp öz mikrobloqunda "covfefe" sözünü yazmaqla əslində ruslara gizli mesaj ötürür.
"Fikirləşirəm ki, bu, ruslara gizli işarədir. Siz o səviyyədə deyilsiniz ki, covfefe-nin nə olduğunu başa düşəsiniz",-deyə Klinton çıxışı zamanı zarafatla açıqlama verib.
Tramp isə mikrobloqunda izləyicilərinə yazıb ki, onlar covfefe sözünün hansı məna verdiyini özləri tapmalıdır.