SON DƏQİQƏ

BMT-dən yeni hesabat: Səbəb İsrailin işğalıdır

Tarix:1-06-2017, 12:09

SonXəbərlər-in verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal altındakı Fələstin torpaqlarında humanitar ehtiyacların əsas səbəbi kimi İsrail işğalını görür. Bu barədə BMT-nin Humanitar İşlərin Əlaqələndirmə Ofisi (OCHA) hesabat hazırlayıb. "50 İllik İşğal 1967-2017" adlı hesabatda qeyd olunur ki, 2016-cı ildə Fələstindən zorla köçürülmələr hələ də davam edir.
 
İsrail və Fələstin arasında Qəzzada 2014-cü ilin avqustunda elan edilən atəşkəs razılaşmasına daha çox yer verilən hesabatda həmçinin göstərilib ki, 2016-cı ilin sonu evlərindən didərgin düşən 9 min fələstinli ailə (47 min 200 nəfər) hələ də evlərinə qayıda bilmir.
 
Ötən il İordan çayının Qərb sahilində 759-u uşaq olmaqla 1601 fələstinlinin evindən çıxarılması 2009-cu ildən bu yana İsrail rejiminin apardığı məskunlaşma işləri səbəbindən ən böyük rəqəm kimi göstərilib.

Hesabatda həmçinin qeyd edilir ki, İsrail ordusu 2016-cı ildə humanitar yardım təşkilatlarının fələstinlilərə yardım məqsədilə Qəzzaya 31 dəfə daxil olmasına icazə verməyib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN