Ötən ilin dekabrında Soçidə Rusiya Müdafiə Nazirliyinin Tu-154 hərbi nəqliyyat təyyarəsinin qəzasına səbəb heyət üzvləri komandirinin məkan oriyentasiyasının pozulması olub. onXəbərlər-in verdiyi məlumata görə, bu barədə RF hərbi qurumunun nəticələrindən bəlli olub.
İstantaq göstərib ki, komandirin səhvi nəticəsində təyyarə sürət yığma mərhələsində aşağı düşüb və su səthi ilə üzləşib.
Həmçinin o da vurğulanır ki, təyyarəyə xarici faktorların təsiri görünməyib.Beləliklə , təyyarənin vurulma ehtimalı inkar edilir.
Bundan başqa istintaq zamanı təyyarənin artıq yüklənməsi, yaxud sərnişinlərin salonda bölünməsində səhv ehtimalları da aradan götürülüb.
Hazırda istintaq başa çatıb.
Xatırladaq ki, RF Müdafiə Nazirliyinin Tu-154 hərbi nəqliyyat təyyarəsi 2016-cı ilin dekabrın 25-də sahilin 1270 metrliyində Qara dənizə düşmüşdü. Göyərtədə 8 heyət üzvü olmaqla ümumilikdə 92 nəfər olub. Onların hamısı həlak olub. Qurbanlar arasında Federal telekanalların əməkdaşları, hərbçilər, dövlət qulluqçuları, həmçinin Rusiya Ordusunun Akademik Ansamblının 64 artisti və «Ədalətli Yardım» Xeyriyyə Fondunun rəhbəri Yelizaveta Qlinka da olub. Onlar Rusyalı hərbçiləri Yeni il münasibəti ilə təbrik etmək üçün Suriyaya yollanırdılar.