SON DƏQİQƏ

Məhbus çatışmazlığından Niderlandda 5 həbsxana bağlanacaq

Tarix:1-06-2017, 14:24

SonXəbərlər-in verdiyi məlumata görə, Niderland hakimiyyəti 2017-ci ilin avqustun sonuna qədər daha 5 həbsxananın bağlanılması barədə qərar qəbul edib. Buna səbəb ölkədə məhbusların olmamasıdır.

Qeyd edək ki, Hollandiyada 2013-ci ildə 13 cəzaçəkmə müəssisəsi bağlanmışdı.

"İndependent" xəbər verir ki, həbsxanaların fəaliyyətini dayandırması 2 min iş yerinin bağlanması ilə nəticələnəcək. İşçilərdən yalnız 700-ü digər həbsxanalarda işlə təmin olunacaq.

Hazırda 17 milyon əhalisi olan Niderlandda 11 min 600 məhbus var. Ölkədə hər 100 min nəfərə 69 məhbus düşür. Bu rəqəm dünyada cinayətkarlığın ən aşağı səviyyəsi sayılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN