SonXəbərlər-in verdiyi məlumata görə, Rusiyanın Hava-kosmik Qüvvələrinin döyüş təyyarələri Suriyada İŞİD terror qruplaşmasının avtomobil karvanına avia zərbə endirib. Dünən gecə Rəqqa şəhərindən Palmiraya gizlicə keçmək istəyən terrorçular avi zərbə zamanı zərərsizləşdirilib.
Rusiya qırıcılarının hücumu zamanı 80 terrorçu, o cümlədən İŞİDə məxsus 36 avtomobil, 8 yanacaq maşını və 17 pikap məhv edilib.