SonXəbərlər-in "Tolo News" agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın paytaxtı Kabil şəhərindəki baş verən terror aktına cavab olaraq həbsdə saxlanılan 11 terrorçu edam ediləcək. Bu barədə Əfqanıstan prezidenti Əşrəf Qəni göstəriş verib.
Qeyd edək ki, Kabildə diplomatik rayonda terror aktında məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Edam olunacaq 11 nəfərin "Taliban" və "Həqqani" qruplaşmasının üzvləridir.
Xatırladaq ki, terror aktında azı 90 nəfər həlak olub, 380 insan yaralanıb. Yaralananlar arasında İranın Əfqanıstandakı səfiri, Yaponiya diplomatik missiyasının iki üzvü, jurnalistlər də var.